Qaraciyər xərçəngi

January 6, 2020 by Chase Franklin0
Qaraciyər-Xərçəngi-1200x674.jpg

Qaraciyər xərçəngi (karsinom)
Qaraciyər xərçəngi demək olar ki hər zaman qaraciyər sirrozunun təməlində inkişaf edir. qaraciyər xərçənginin simptomları qarın nahiyəsinin yuxarı hissəsində ağrı, yorğunluq və iştahsızlıqdır. Ancaq çox şikayətlər yalnız irəliləmiş (gecikmiş) mərhələdə üzə çıxır.
Qaraciyər xərçəngi nədir?
Primer (birincili) qaraciyər xərçəngində qaraciyərdə olan hücrələrdən bədxassəli şiş əmələ gəlir. Onlardan çoxu qaraciyər hüceyrələri xərçəngidir (hepatosellülyar karsinom-HCC). Qaraciyər xərçəngi dedikdə əsasən HCC başa düşülür.
Birincili və ikincili qaraciyər xərçəngi:
Birincili qaraciyər xərçəngi hər zaman qaraciyərin daxilindəki hüceyrələrdən əmələ gəlir. Karsinoma ilə yanaşı primer xərçəngə qaraciyərdəki öd kanalları hüceyrələrindən inkişaf edən öd kanalı xərçəngi və qaraciyərdəki qan damarlarından inkişaf edən angiosarkoma da aiddir.
İkincili qaraciyər xərçəngi qaraciyər metastazıdır ki, bunlar qaraciyər hüceyrələrindən inkişaf etmir. Bu, orqanizmin hər hansı bir yerində inkişaf edən bir şişdəki xərçəng hüceyrələrinin qaraciyərə qan axını ilə girdiyi mənasına gəlir. Xüsusilə mədə-bağırsaq sistemi xərçəngləri ( məsələn, yoğun bağırsaq), süd vəzi və ya ağciyər xərçəngi qaraciyərə metastaz verə bilir. İkincili qaraciyər xərçəngində xəstələrdə qaraciyər simptomları ilə yanaşı gecikmiş mərhələdə olan xərçəngi simptomları aparıcı olur. Qaraciyər metastazına birincili qaraciyər xərçəngindən daha çox rast gəlinir.
Yayılması:
Birincili qaraciyər xərçəngi ən çox cənubda cənubi asiya və afrikada rast gəlinir. Həmçinin son illərdə qərb ölkələrində də bu xəstələrin sayı nəzərə çarpacaq dərəcədə artmışdır. Qaraciyər xərçəngi digər xərçənglərlə müqayisədə nisbətən nadir hesab olunur. Kişilərdə rast gəlmə tezliyi qadınlardan 2 dəfə çoxdur
Simptomları:
Qaraciyər xərçəngi çox zaman gecikmiş dövrdə tapılır, çünki ilkin mərhələdə (başlanğıcda) heç bir simptom ortaya çıxmır. Erkən mərhələdə qaraciyər xərçəngi ultrasəs müayinədə daha tez aşkar oluna bilər. Qaraciyər xərçənginin əlamətləri: sağ və ya orta yuxarı qarın nahiyəsində təzyiq ağrısı, dolğunluq şişkinlik hissi, səbəbi bilinməyən arıqlama, ürəkbulanma, anoreksiya (iştahsızlıq), zəiflik, yorğunluq, səbəbsiz temperaturun qalxması, çox zaman sağ qabırğa altında əllə hiss edilən şişkinlik. Öd boşalmazsa sarılıq yaranar. Qaraciyər öd istehsal edir, bu da öd yollarıyla mədə-bağırsaq traktına çıxır. Qaraciyər və ya öd kanalı xərçəngləri bu çıxışa mane ola bilər və öd toplanar. Belə bir durğunluğunun əlaməti sarılıqdır (ikterus). Əvvəlcə gözün ağlı qişası, daha sonra isə dəri və selikli qişalar saralır. Bundan başqa sidiyin rəngi tündləşir, nəcisin rəngi isə açıqlaşır (hətta ağ rəngdə və ya rəngsiz). Həmçinin öd dəridə qaşınma verir.
Ürəkbulanma, qarında ağrı, iştahasızlıq bir çox xəstəliklərinin səbəbi ola bilər və mütləq şəkildə qaraciyər xərçənginin aparıcı əlamətləri deyildir. Uzunmüddətli şikayətlər varsa, həkimə müraciət olunmalıdır. Yalnız dəqiq müayinələrdən sonra diaqnoz təsdiqlənə bilər. Qaraciyər xərçənginin səbəbləri
Ən sıx görünən qaraciyər karsinoması ,demək olar ki, hər zaman qaraciyər sirrozunun nəticəsidir. Sirroz əksərən alkoqol asılılığı və ya xroniki qaraciyər iltihabı (hepatit) nəticəsində əmələ gəlir. Təxminən hər 10 xəstədən 9-da xərçənglə bərabər sirroz da aşkar olunmuşdur.
Risk faktorları:
Qaraciyər xərçənginin ən əsas risk faktorları xroniki davamlı viral hepatitdir (xüsusən B və C hepatit). İkinci yerdə qaraciyər piylənməsi durur. Bunun da əsas səbəbləri içində alkoqol, şəkərli diabet, ağır dərəcəli piylənmə əsas rol oynayır. Həmçinin rasionda Alfatoksin-B kimi qaraciyəri zədələyən maddələrin çoxluğu (nəmli iqlimdə yetişən taxıl bitkiləri, yer fıstığı, aspergillus flavus zəhərlənməsi), metabolizmin genetik pozğunluğu (məsələn, dəmir depo xəstəliyi-hemoxromatoz, Vilson xəstəliyi), birincili biliar xolangit (xroniki öd kanalları iltihabı), solvent və ya pestisidlər kimi maddələrlə yaranan peşə xəstəlikləri də buna səbəb olur
Diaqnoz:
Qaraciyər xərçəngi şübhəsi varsa, bəzi müayinələr mütləqdir: anamnez( yanaşı xəstəliklər, sirroz üçün risk faktorları), qarının əllə müayinəsi, ultrasəs müayinəsi, kontraslı kompyuter tomoqrafiya və maqnit rezonans tomoqrafiya müayinəsi.
Laborator: həm xərçəngin varlığını təsdiqləmək, həm də qaraciyərin funksiyasını müəyyən etmək üçün vacibdir: hepatit virusları, alfa-fetoprotein (hər zaman xərçəngin varlığını təsdiqləməz).
Əgər diaqnoz təsdiqlənərsə, xərçəngin nə qədər yayıldığını müəyyən etmək üçün daha dərin müayinələr aparılmalıdır. Qastroskopiya, kolonoskopiya xərçəngin ikincili olmasını müəyyən etmək üçün aparılır. Lakin ən dəqiq diaqnoz mikroskop altında anormal qaraciyər hüceyrələrinin histoloji müayinəsi ilə qoyulur. İncə iynə aspirasiyası xərçəng hüceyrələrinin iynə boyunca yayılma riskini daşıdığı üçün çox az hallarda istifadə olunur.
Öd kanallarının xərçənginə şübhə varsa, ERCP (öd yollarının endoskopla müayinəsi) metodundan istifadə oluna bilər. Bu xərçəng zamanı qanda spesifik şiş markeri artır: CA19-9 (hər zaman xərçəngi təsdiqləməz).

Qaraciyər Xərçənginin Müalicəsi:

Qaraciyər xərçəngi üçün müalicənin təyin edilməsi bir çox faktordan asılıdır: şişin ölçüsü, yeri, yayılması, qaraciyərin vəziyyəti, xəstənin yaşı və sağlamlıq vəziyyəti. Son zamanlarda xəstənin fərdi istəkləri də müalicənin seçiminə təsir göstərir.
Qaraciyər karsinoması üçün ən uyğun müalicə metodları bunlardır:
Cərrahi (qaraciyərin bir hissəsinin çıxarılması)
Qaraciyər transplantasiyası
Müxtəlif metodlarla şişin məhvi (1. cərrahi əməliyyat və ya qaraciyər transplantasiyası zamanı şişi kiçiltmək və əməliyyatı asanlaşdırmaq məqsədilə, 2. Palliativ müalicə olaraq)-radiodalğa ablasiyası
Digər metodlar: şişin böyüməsini ləngitmək,: Şişə səbəb olan digər xəstəlikləri müalicə etmək, ağrıkəsici müalicə, tək saylı şişləri çıxartmaq
Tamamlayıcı müalicə-ağrının, xroniki yorğunluğun, assitin (qarında maye), dəri qaşınmasının (sarılıq) müalicəsi və psixoloji dəstək.
Proqnoz:
Əməliyyat olunan qaraciyər xərçəngi xəstələrinin 5 illik yaşam göstəricisi hər 100 xəstədə 20-50-dir (20-50%). Lakin transplantasiyadan sonra bu göstərici 40-70%-ə qədər qalxır.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *