Azərbaycanda böyrək və qaraciyər köçürülməsi: Pasiyent nə qədər xərcləməlidir?

dr-mircelal-kazimi-012-1200x674.jpg

Bakıda şirkətlərin birində mühəndis kimi çalışan 37 yaşlı Arif Rüstəmov 2012-ci ildə böyrək çatışmazlığı ilə üzləşir.

O, BBC News Azərbaycancaya deyir ki, İranda, Türkiyədə, Fransada müalicə alsa da, orqan köçürülməsi qaçılmaz olub. O, əməliyyat üçün Azərbaycanı seçib.

“2016-ci ilin mayında əmim oğlu donor oldu və mənə böyrək köçürüldü, əməliyyat-tibbi analizlərlə birgə 15-16 min manat xərclədik”, – Arif Rüstəmov deyir.

O düşünür ki, xarici ölkələrə nisbətən Azərbaycanda böyrək köçürülməsi daha ucuzdur.

“Məsələn, maraqlandım ki, İranda 20 min, Türkiyədə 30 min dollar civarındadır, Almaniyada 50 min avrodur,”- Arif Rüstəmov danışır.

“Əməliyyatdan sonra orqan bədənə tam uyğunlaşana qədər həkim nəzarəti lazım olur və həmin müddətdə xaricə gedib-gəlmək də əlavə xərc istəyir. Buna görə də Azərbaycanda əməliyyat olunmaq mənə daha sərfəliydi.

“Azərbaycanda orqan nəqli qohum donor vastəsiylə aparılır”
Mərkəzi Neftçilər Xəstəxanasının İnsan Orqan və Toxumalarının Transplantasiyası Mərkəzinin rəhbəri Mircəlal Kazimi BBC News Azərbaycancaya müsahibəsində deyir ki, bu günə qədər orqan köçürülən xəstələrin sayı 600-ü keçib.

Onun sözlərinə görə, orqan köçürülməsi əməliyyatlarında ölüm sayı dünya standartları ilə eyni səviyyədədir.

Mircəlal Kazimi deyir ki, İnsan Orqan və Toxumalarının Transplantasiyası Mərkəzi qohum donordan istifadə edərək orqan köçürülməsi əməliyyatını aparır.

“Azərbaycanda böyrək köçürülmüş xəstələrin sayı daha çoxdur, nəinki qaraciyər. Xəstələrlə donorlar qohumdurlar. Yaxın qohumlardan alınan orqanlar vasitəsiylə bu əməliyyatlar həyata keçirilir”- Mircəlal Kazimi əlavə edir.

Orqan köçürülməsinin statistikası

Rəsmi statistikaya görə, Azərbaycanda son 5 ildə minə yaxın orqan və onun hissələrinin köçürülməsi əməliyyatı həyata keçirilib.

Ümumi orqan köçürülməsi əməliyyatının 70 faizini böyrək transplantasiyası təşkil edir.

İkinci yerdə qaraciyər və onun seqmentlərinin köçürülməsi gəlir.

Son beş ildə aparılan orqan köçürülməsi əməliyyatlarının 10 faizini isə sümük iliyinin nəqli tutur.

Azərbaycanda orqan transplantasiyasında böyrək nəqli əməliyyatı ona görə üstünlük təşkil edir ki, donor tapmaq asandır, uroloq Vasif İsmayıl BBC News Azərbaycancaya deyir. O əlavə edir ki, orqan köçürülən xəstələr ömrü boyu dərman qəbul etməlidirlər, orqandan asılı olaraq, onlar müxtəlif vaxtlarda həkim nəzarətindən keçməlidirlər.

orqan köçürülməsi, orqan transplantasiyası qiymətləri, orqan nəqli neçəyədir, hansı orqanlar neçəyə köçürülür
Azərbaycanda orqan köçürülməsində fərqli qiymətlər
Mərkəzi Neftçilər Xəstəxanasından BBC News Azərbaycancaya verilən məlumata görə, qaraciyər və böyrəyin transplantasiyasının qiyməti 32 manatdır.

Bundan əlavə, əməliyyat qabağı analizlərə də 5 min manata qədər pul lazımdır.

Ümumilikdə, böyrək və ya qaraciyər köçürülməsi pasiyentə təxminən 37 min manata başa gəlir.

İcbari sığorta orqan köçürülməsini nəzərdə tutmur
Azərbaycan İcbari Tibbi Sığorta Agentliyinin saytında yerləşdirilən sənəddə qaraciyər və böyrək köçürülməsi üçün fərqli qiymətlər göstərilib.

Pilot layihə kimi Mingəçevir ,Yevlax və Ağdaşda həyata keçirilən İcbari Tibbi Sığortada orqan köçürülməsi nəzərdə tutulmur, amma prezidentin fərmanı ilə həmin ərazilərdə icbari tibbi sığortanın baza zərfində əhatə olunmayan tibbi xidmətlər siyahısında orqan köçürülməsi üçün tariflər göstərilib.

Sənədə əsasən, qaraciyər transplantasiyası müalicə xərcləri ilə birgə 36 min manatdır.

Bu siyahıya görə, böyrək transplantasiyası isə təxminən 10 min, ürək köçürülməsi isə 18 min manat dəyərləndirilib.

“Orqan nəqli icbari tibbi sığortaya əlavə olunmalıdır”
“Diqqət edirsinizmi, donoru xəstə tapır. Amma əslində İcbari Tibbi Sığorta paketinə daxil olduqda artıq bir sistem qurulur və bu zaman bioloji ölüm keçirmiş, geriyə dönüş perspektivi olmayan gənc və praktiki sağlam adamlardan götürülmüş orqanların nəqli aparılmalıdır”, tibb elmləri doktoru Adil Qeybulla BBC News Azərbaycancaya deyir.

Həkimin fikrincə, sistem olduqda orqan nəqli siyahı üzrə müəyyənləşir.

“Məsələn, Lənkaranda hansısa bir orqanı əldə ediblər, deyirlər ki, buna Şəkidə ehtiyac var. Bu ehtiyac siyahıda görünür və onu dərhal ora xüsusi sistemlə, vertolyotla çatdırırlar”. Adil Qeybulla orqan nəqli siyahısını izah edir.

Onun fikrincə, yalnız belə şəbəkə yaratmaq kifayət etmir, bu sistem qurulandan sonra əhali ilə işləmək, orqan bağışlanması ilə bağlı maarifləndirmə işi aparmaq lazımdır.

“Orqan köçürülməsi ilə bağlı qanuna dəyişiklər gözlənir”
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyir ki, hazırda Azərbaycanda 2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı üzrə insanlara böyrək köçürülməsi həyata keçirilir.

Onun sözlərinə görə, pasiyentlər dövlət hesabına maliyyələşən dializdə növbəyə dururlar. “Donoru özü tapmaq şərtiylə növbədə duranlara dövlət klinikasında böyrək köçürülməsi həyata keçirilir”, Musa Quliyev deyir.

O əlavə edir ki, dövlət proqramı 2020-ci ilə qədər nəzərdə tutulsa da, müddəti ya artırıla, ya forması dəyişdirilə, ya da icrası İcbari Tibbi sığortaya verilə bilər.

Musa Quliyev vurğulayr ki, hazırda Milli Məclisin səhiyyə komitəsi orqan köçürülməsi ilə bağlı qanuna dəyişiklər hazırlayır.

Onun sözlərinə görə, dəyişikliklərlə bağlı diqqəti çəkən məqam orqan köçürmə əməliyyatlarının icbari tibbi sığortanın hesabına həyata keçirilməsi təklifidir.

Milət vəkili deyir ki, “orqan transplantasiyası bahalı əməliyyat sayılır və vətəndaşın bunun öhdəsindən təkbaşına gəlməsi mümkün deyil, ancaq dövlət də bu yükü tam üzərinə götürə bilməz”.

Ona görə də səhiyyə komitəsinin sədr müavini Quliyev düşünür ki, dünya təcrübəsinə uyğun olaraq, orqan transplantasiyası icbari tibbi sığorta hesabına keçirilməlidir.


dr-mircelal-kazimi-043-1200x674.jpg

Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və orqan transplantasiyası şöbəsində bu günədək 107 xəstəyə qaraciyər və 356 xəstəyə böyrək nəql edilib.
Bu barədə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə keçirilən, orqan köçürülməsinə həsr olunmuş mətbuat konfransında məlumat verilib.
Tədbirdə MNX-nın Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi ölkəmizdə orqan nəql edilməsi tarixinə qısa nəzər salıb, xatırladıb ki, bu sahədə ilk addımlar 1970-ci illərə təsadüf edir. O zaman Qafqaz regionunda ilk dəfə akademik Mirməmməd Cavadzadə və onun komandası tərəfindən böyrək transplantasiyası icra olunub.
Müstəqillik dövründə Azərbaycanda bütün sahələrdə inkişaf gedib. Dövlətimizin səhiyyənin ən önəmli sahələrindən biri olan transplantologiyaya diqqəti artırması nəticəsində ölkəmizdə orqan köçürülməsi əməliyyatları keyfiyyətcə yeni mərhələyə qalxıb. 1999-cu ilin 28 oktyabrında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. 2000-ci illərin əvvəllərində professor K.Abdullayev tərəfindən də böyrək nəqli əməliyyatları icra edilib. 2008-ci ildə MNX-da Cərrahiyyə və orqan transplantasiyası şöbəsi fəaliyyətə başlayıb. Elə həmin il Qafqaz və Orta Asiyada ilk dəfə olaraq məhz Azərbaycanda canlı donordan qaraciyər transplantasiyası həyata keçirilib.
M.Kazımi tədbirdə vurğulayıb ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycan səhiyyəsində aparılan islahatlar bu sektorun inkişafını, maddi-texniki bazasının möhkəmləndirilməsini təmin edir. Yeni və müasir xəstəxanalar inşa olunur, digərləri təmir edilərək texniki bazası yenilənir. O cümlədən, Mərkəzi Neftçilər Xəstəxanasında Heydər Əliyev Fondunun dəstəyi ilə tam təmir olunmuş, texniki bazası yenilənmiş Cərrahiyyə və orqan transplantasiyası şöbəsi bu gün vətəndaşlara yüksək səviyyədə xidmət göstərir. Şöbənin yüksək ixtisaslı həkimlərinin və bütün kollektivinin səyləri ilə minlərlə ən mürəkkəb ümumi cərrahi xəstə istər açıq, istərsə də qapalı üsulla cərrahiyyə əməliyyatı olunub, həyata qaytarılıb və sağlamlığına qovuşub, qohum donorlardan 107 xəstəyə qaraciyər, 356 xəstəyə böyrək köçürülüb. Şöbə müdiri bildirib ki, Azərbaycanın transplantologiya sahəsində əməliyyat nəticəsi göstəriciləri dünya standartlarına uyğundur və beynəlxalq transplantoloji cəmiyyətlər tərəfindən də qəbul olunur.
Mətbuat konfransında uzun illər böyrək xəstəliklərindən əziyyət çəkmiş, sonra böyrək köçürülmüş, tam sağalmış və hətta idman sahəsində uğurlar əldə etmiş şəxslər də iştirak ediblər. İdmançılar S.Qasımov və A.Rüstəmov çıxış edərək, xəstəlik tarixçələrini danışıblar. Bildiriblər ki, neçə illər xarici ölkələrdə müalicəyə üz tutsalar da, Türkiyədə və Almaniyada onlara ölkəmizdə bu sahədə peşəkar həkimlərin olduğunu deyib və burada əməliyyat olunmağı məsləhət biliblər. Sonralar hər iki şəxsə Bakıda MNX-da qohum donordan çox uğurla böyrək köçürülüb və onlar normal həyata başlayıblar. Hazırda idmançılarımız beynəlxalq yarışlarda iştirak edir, nailiyyətlər qazanır, Vətənə medal və təltiflərlə dönürlər.


mirc.png

Rəhim Rəhimov: “Əhvalım pis olanda məni depressiyadan Vüsalə Əlizadə çıxarır”

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun səhhətində yaranan ciddi problem mətbuatın diqqət mərkəzində qalır. Gənc aktyor böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir.
Böyrəklərində yaranan problemlə bağlı Rəhim Rəhimov bir müddət əvvəl xəstəxanada müalicə olunub. Həkimlər aktyora böyrək çatışmazlığı diaqnozu qoyublar. Aktyorun vəziyyəti bir neçə gün əvvəl yenidən kəskinləşib. Sonuncu həkim müayinəsi zamanı məlum oldu ki, böyrəklərimin fəaliyyəti 29 faizə düşüb. Bir ay əvvəl bu göstərici 35 faiz idi. Günü-gündən böyrəklərimin
fəaliyyəti zəifləyir. Həkimlər deyirlər ki, dializə girmədən təcili böyrək köçürülmə əməliyyatı aparılmalıdır. Mətbuat sağ olsun ki, mənim səhhətimlə maraqlanır. Bir neçə gün vəziyyətim pis oldu. Deyəsən bir az pəhrizimi pozmuşdum. Üzüm yemişdim. Deyəsən o bir az böyrəyimə təsir etdi. İstəyirəm Türkiyəyə müalicəyə gedim. Həkimlər deyir ki, öz böyrəyin bərpa olsa, daha yaxşı olar. Nə qədər yeni böyrək qoyulsa da, bəzən fəsad verir. Orqanizm qəbul edə bilmir yeni böyrəyi. Heydər Əliyev Fonduna da müraciət etmişəm. Amma hələ cavab gəlməyib”.
Gənc aktyor donor tapılmasına da münasibət bildirdi: “Uzaq qohumlarımızdan biri mənə donor olmaq istəyir. Yaşlı qadındı. 55 yaşdan çox yaşı var. Qan qrupumuz uyğun gəlir, amma hələ müayinədən keçməlidir. Əgər uyğun gəlsə, əməliyyata gedəcəm. Heç bilmirəm necə olacaq. Avqustun 2-də müayinə olacam yenidən. Elə həmin donor da müayinədən keçəcək. Əgər uyğun olsa, əməliyyat ola bilər. Uroloji klinikada müalicə alıram. Orada məni Fariz Babayev müalicə edir. Neftçilər Xəstəxanasında isə əməliyyat aparılmalıdı. Neftçilər Xəstəxanasında məni Elnur Fərəcov müayinə edir. Əməliyyatımı isə əgər qismət olsa, Mircəlal həkim aparacaq. Sözün düzü, narahatlığım çoxalır. Yenə dostlarım sağ olsunlar ki, mənə mənəvi dəstək olurlar. Əhvalım pis olanda məni depressiyadan çıxara bilirlər. Aparıcı Vüsalə Əlizadə mənə çox dəstək olur. Onunla gözəl dostluğumuz var. Vaxtilə o da böyrəyindən əziyyət çəkən insan olub, deyir ki, əsas özünə əmin ol, inşallah sağalacaqsan. Belə sözlər deyiləndə mən bir az sakitləşməyə çalışıram. Vallah, dostlarım, tanışlarım da olmasa, özümü pis hiss edərəm”.
Xatırladaq ki, Rəhim Rəhimov 1979-cu ildə Bakıda anadan olub. 1995-ci ildə Bakı şəhər 206 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşaların rejissoru fakültəsinə daxil olub. 2001-ci ildə həmin universitetin teatrşünaslıq ixtisası üzrə magistraturasını bitirib. 1997-ci ildən Abdulla Şaiq adına
Azərbaycan Dövlət Kukla Teatrında işləyir.

dr-mircelal-kazimi-09-1200x800.jpg

2015-ci ilin geridə qalan müddətində 14 qaraciyər transplantasiyası həyata keçirilib. Bunlardan 8-i Mərkəzi Neftçilər Xəstəxanasında, 6-sı isə Respublika Diaqnostika Mərkəzində reallaşıb. Bizim xəstəxanada 36 böyrək transplantasiyası da həyata keçirilib”.

Bu haqda Modern.az saytına Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi məlumat verib.

Şöbə müdiri bildirib ki, qaraciyər köçürülən ən gənc pasiyent 15, ən yaşlı pasiyent isə 62 yaşında olub.
Böyrək köçürülən ən gənc pasiyent 11, ən yaşlısı isə 64 yaşında olub.

Mircəlal Kazıminin sözlərinə görə, bu il həyata keçirilən əməliyyatlarda qiymət artımı olmayıb: “Xəstəxananın rəsmi qiymətinə uyğun olaraq, böyrək əməliyyatı 12 min, qaraciyər əməliyyatı isə 45 min manata başa gəlir”.

Şöbə müdiri əməliyyatların uğurla baş çatdırıldığını, nəticədə ölüm faktının qeydə alınmadığını da vurğulayıb: “Uğursuz əməliyyatımız olmayıb. Əməliyyatdan təxminən 20 gün sonra xəstə evinə gedir, müəyyən müddət keçdikdən sonra tam reabilitasiya olub, normal əmək fəaliyyətinə başlayır və işinə qayıdır”.


2015-ci ilin geridə qalan müddətində 14 qaraciyər transplantasiyası həyata keçirilib. Bunlardan 8-i Mərkəzi Neftçilər Xəstəxanasında, 6-sı isə Respublika Diaqnostika Mərkəzində reallaşıb. Bizim xəstəxanada 36 böyrək transplantasiyası da həyata keçirilib”.

Bu haqda Modern.az saytına Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi məlumat verib.

Şöbə müdiri bildirib ki, qaraciyər köçürülən ən gənc pasiyent 15, ən yaşlı pasiyent isə 62 yaşında olub.
Böyrək köçürülən ən gənc pasiyent 11, ən yaşlısı isə 64 yaşında olub.

Mircəlal Kazıminin sözlərinə görə, bu il həyata keçirilən əməliyyatlarda qiymət artımı olmayıb: “Xəstəxananın rəsmi qiymətinə uyğun olaraq, böyrək əməliyyatı 12 min, qaraciyər əməliyyatı isə 45 min manata başa gəlir”.

Şöbə müdiri əməliyyatların uğurla baş çatdırıldığını, nəticədə ölüm faktının qeydə alınmadığını da vurğulayıb: “Uğursuz əməliyyatımız olmayıb. Əməliyyatdan təxminən 20 gün sonra xəstə evinə gedir, müəyyən müddət keçdikdən sonra tam reabilitasiya olub, normal əmək fəaliyyətinə başlayır və işinə qayıdır”.