Mərkəzi Gömrük Hospitalında Dünya Hepatitlə Mübarizə gününə həsr edilmiş tədbir keçirilib

merkezi_gomruk_festival_290719_02-1200x800.jpg

2019-cu il iyulun 28-də Mərkəzi Gömrük Hospitalında 28 iyul – Dünya Hepatitlə Mübarizə gününə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Hospitalın Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi də bu günün əhəmiyyətinə toxunub, hepatitin törətdiyi fəsadları, ona qarşı mübarizə yollarını, bu virusun yayılma səbələrini, həmçinin müaliəsini açıqlayıb.

M.Kazimi bildirib ki, hər il bu günün qeyd olunmasında əsas məqsədlərdən biri hepatit viruslarının bütün dünyada aktual problem olduğunu, xəstələrə, cəmiyyətə nə qədər əngəl yaratdığını ortaya qoymaqdır Əslində bu gün artıq bütün dünyada qeyd olunduğu kimi, Azərbaycanda da Dünya Hepatitlə Mübarizə Günü kimi qeyd olunur. Təbii ki, hepatitlərlə mübarizə hər zaman, hər gün olmalıdır. Bu işlə təkcə tibb müəssələri deyil, həm də cəmiyyət məşğul olmalıdır. Hər il bu tarixin qeyd olunması sanki xatırlatma xarakteri daşıyır: insanlar bilsinlər ki, bu problem nə qədər aktual və ciddidir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da hepatit B və hepatit C virusundan əziyyət çəkən xəstələrimiz çoxdur. Bu xəstələrin böyük bir əksəriyyəti xroniki hepatit virus daşıyıcılarıdır. Onlar hepatit virus daşıyıcıları olduğu təqdirdə bu xəstələr müəyyən zaman çərçivəisində ən ciddi fəsadlardan birinə səbəb olur. Belə olan anda həmin xəstələr zamanında müalicə edilib araşdırılmalıdır. Xəstələr də buna biganə yanaşmayıb normal müalicə almalıdırlar. Təbii ki, hepatit B virusuna qarşı bütün dünyada illərdir artıq istifadə olunan, həmçinin ölkəmizdə də olan hepatit B əleyhinə peyvəndlər var. İnsanlar, həmçinin, bütün tibb işçiləri daxil olmaq şərti ilə hepatit əleyhinə mütləq peyvənd vurdurmalıdır. Çünki hepatit B əleyhinə peyvənd vurulduğu zaman insanların hepatit B virusuna yoluxma riski 0-a bərabər olur. Peyvənd vurulmadığı halda bu insanlar hepatit B virusuna yoluxur və nəticədə bu, qaraciyər xərçəngi, qaraciyər serrozu kimi ciddi fəsadlara səbəb olur. Hepatit B əleyhinə peyvəndləmə məqsədilə ölkəmizdə uşaqlar doğulduğu zaman doğum evlərində onlara peyvəndin ilk dozası vurulur. Lakin sonrakı dozası bir çox hallarda vurulmur. Biz görürürk ki, valideynlər bu məsələyə qeyri-ciddi yanaşırlar. Yəni növbəti peyvəndləmə prosesinə uşaqları aparmırlar. Hepatit B virusu elə bir virusdur ki, bu nəinki insanların bildiyi qan və cinsi yolla, eyni zamanda ailə içi münasibətlərdə də yoluxa bilir. Hepatit B virusu adi bədən suları, tər, öpüş və məişətdəki digər ünsiyyət vasitəlləri ilə yoluxa bilirlər. Ona görə hepatit B əleyhinə peyvəndlərin vurulması mütləqdir. Bu peyvəndlər vurulduğu zaman xəstələr özlərini ciddi risklərdən qorumuş olurlar.

Təəsüflər olsun ki, hepatit C virusuna qarşı istifadə olunan peyvənd yoxdur. Lakin bu, araşdırma mərhələsindədir.

Hazırda isə hepatit C əleyhinə müalicədə ciddi dəyişikliklər, inkişaf var. Çünki tətbiq olunan dərman preparatları daha keçmişdəki kimi 6 aylıq, 1 illik şəklində deyil, hepatit C-nin 3-6 aylıq dərmanlar vasitəsi ilə tamamilə təmizlənb getmək şansı var. Buna baxmayaraq, hepatit C Hepatit B virusu kimi ciddi bir virusdur ki, o da qaraciyər serrozu və qaraciyər xərçənginə gətirib çıxarıır. Bizim əməliyyat etdiyimiz xəstələrin içərisində təxminən 750-yə yaxın insan orqan transplantasiyası əməliyyatı olunub.

Onların arasında həm böyrək, həm də qaraciyər transplantasiyası etdiyimiz xəstələr var. Qaraciyər transplantasiyası etdiyimiz xəstələrin 52-55 faizi Hepatit B və C virusuna yoluxmuş xəstələrdir. Baxın görün, bu problem nə dərəcədə böyük və aktualdır. Təbii ki, əməliyyatdan sonra xəstələrdə müəyyən suallar yaranır. Xəstələr soruşurlar ki, onlarda bundan sonra hepatit B və C virusuna yoluxma ehtimalı yarana bilərmi? Bu əməliyyatın əhəmiyyəti varmı?

Bəli, bu əməliyyatı etmək vacib və əhəmiyyətlidir. Bu virusların geri qayıdıb orqanı sıradan çıxarma ehtimalı az da olsa, var. Amma hepatit C virusu ilə bağlı qaraciyər serrozu olan xəstələrdə əməliyyatdan qabaqkı müddətdə xüsusi müalicə verilir və bu müalicəinin təsiri altında hepatit C virusu tamamilə təmizləndikdən sonra xəstəyə orqan köçürülür. Hepatit B virusu ilə qaraciyər serrozu olan xəstələrdə isə onlara da eyni qaydada əməliyyatdan sonra xüsusi dərmanlar verilir. Bu dərmanlar 95-97 faiz hallarda hepatit B virusunu təmizləyir və bu xəstələr sağlam insana çevrilirlər. Gələcəkdə həmin insanlara bu virus geri qayıtmır.

Bir qrup xəstələr də var ki, hepatit B virusundan əziyyət çəkdikləri halda onlara əlavə hepatit D virusu da qoşulur. Bu halda da xəstələrə orqan köçürülməsi olar. Bizim xəstələrimiz arasında hepatit D virusuna yoluxmuş insanlar da var. Məsələ burasındadır ki, hepatit B virusunu təmizlədikdə hepatit D virusu da avtomatik təmizlənir və xəstələr sağlam həyata qovuşurlar.

Hepatit B virusuna vurulan peyvəndlər 95% insanların gələcək həyatında onları bu virusdan qorumuş olur.

dr-mircelal-kazimi-044-1200x800.jpg

Ümumilikdə Azərbaycanda indiyədək 500-ə yaxın insana orqan köçürülüb.

AİA.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

Onun sözlərinə görə, donorların da sayı nəzərə alınarsa, indiyədək təxminən 1000-ə yaxın xəstə transplantasiya əməliyyatına məruz qalıb.

M.Kazımi qeyd edib ki, 2008-ci ildən bu günə qədər 107 qaraciyər, 346 böyrək transplantasiyası əməliyyatı icra edilib.Azərbaycanda transplantasiya edilənlər arasında uşaqlar olsa da, orta yaşlılar üstünlük təşkil edir.

M.Kazımi qeyd edib ki, qaraciyər transplantasiyası əməliyyatı olunanlar arasında ümumi ölüm göstəricisi 23,3 faizdir: “Amma onların bir çoxu əməliyyatdan 1, 3, 5 il sonra müəyyən səbəblərdən vəfat edib. Xəstələrimizin 11,6 faizi, yəni 12 nəfəri transplantasiya olunduqdan sonra xəstəxanada yatdığı müddətdə dünyasını dəyişib. Dünya statistikasına görə, qaraciyər transplantasiyasından sonra fəsadlaşma və ölüm göstəriciləri təxminən 20-30 faizdir. Azərbaycanda əməliyyatdan sonrakı ilk bir ildə ölüm faizi 11,6 faizdir”.

M.Kazımi qeyd edib ki, böyrək transplantasiyası olan adamlar arasında ölüm göstəricisi 4,7 faizdir.

Onun sözlərinə görə, həmin şəxslərin də hamısı əməliyyatdan sonra dünyasını dəyişənlər deyil.

Şura üzvü əlavə edib ki, indiyədək böyrək transplantasiyası nəticəsində 15 nəfər dünyasını dəyişib: “Bir fakt göstərim. Böyrək transplantasiyası olmuş bir xəstəmiz əməliyyatdan bir neçə il sonra qohumunun toyunda rəqs etdiyi zaman infarktdan dünyasını dəyişib. Amma təəssüf ki, ictimaiyyət bunu “əməliyyat edildi, öldü” kimi qələmə verir. Orqan köçürülmüş insanlar hər zaman dünyasını həmin orqanda yaranan problemlərə görə dəyişmirlər. Onlar müxtəlif səbəblərdən dünyasını dəyişə bilirlər”.

M.Kazıminin sözlərinə görə, ən böyük uğurlardan biri 9 xəstənin qaraciyər və böyrək transplantasiyası olunduqdan sonra dünyaya övlad gətirməsidir: “Orqan çatışmazlığı olan xəstələrdə hormonal balansda da pozulma olur. Onlar nəsilartırma qabiliyyətlərini itirirlər. Amma orqan köçürüldükdən sonra bu qabiliyyətlərini yenidən əldə edirlər”.

dr-mircelal-kazimi-042-1200x674.jpg

Milliyət.az Azxəbərlenti.com-a istinadən xəbər verir ki, bu gün Azərbaycanda 6 yaşlı 8 kiloqramlıq uşağa böyrək köçürülüb.

Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazıminin aznews.az-a verdiyi məlumata görə, altı yaşlı 8 kiloqramlıq xəstə Sadiq Abdulxaliqov uzun müddət xroniki böyrək çatışmazlığından və inkişaf geriliyindən əziyyət çəkib. Xəstə bir neçə dəfə xarici ölkələrdə müayinə olunub.

M.Kazıminin dediyinə görə, Mərkəzi Neftçilər xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyasi şöbəsinə müraciət etdikdən sonra azyaşlıya böyrək köçürülməsi məsləhət görülüb:

“Şöbənin həkimləri tərəfindən konsiliumdan və uyğunluq analizlərindən sonra xəstəyə anasından böyrək köçürülməsi qərara alınıb. Bu əməliyyatda standart böyrək köçürülməsi proseduru icra edilmədi. Uşaq inkişafdan çox geri qaldığı üçün xəstənin anasından alınan böyrəyin ölçüləri və eyni zamanda iki kiçik mənfəzli arteriya damarı movcud idi. Buna görə də anasının böyrəyi Sadiqin qarın boşluğuna yerləşdirildi. Kiçik damarlar isə mikrocərrahiyyə ilə tikildi. Əməliyyat uğurla başa şatdı. Bu çəkidə nadir icra olunan böyrək transplantasiyası əməliyyatı Respublikamızda ilk dəfədir ki, həyata keçirildi”.

Donor əməliyyatıni icra edən həkim cərrah Eldar Əhmədov qeyd etdi ki, donor əməliyyati yəni orqanın alınması hal hazırda dünyanin inkishaf etmiş mərkəzlərində olduğu kimi laparoskopik yəni qapalı üsulla həyata keçirildi. Bu üsul əməliyyatdan sonraki müddətdə donorda ağrıların olmamasına, yaranın kiçik və estetik olmasına eləcə də 2-3 günə donorun xəstəxanadan çıxıb normal işinə və evinə qayıtmasına zəmin yaradacaq.

Nefroloq-həkim tibb üzrə fəlsəfə doktoru Elnur Fərəcov belə tip yəni inkişafdan geri qalan və çəkisi çox az olan xəstələrin əməliyyatdan sonraki periodlarının spesifikliyinə diqqət çəkdi. O, qeyd etdi ki, bu xəstələrə əməliyyatdan sonrakı dövrdə orqanın rədd olunmaması ilə mübarizədən əlavə inkişafdan geri qalan orqanizmi də bərpa etmək lazımdır:

“Bu çox mürəkkəb və peşəkarlıq istəyən məqamdır. Bir yandan immunsupressiv dərmanların dozasini, digər tərfdən isə orqanizmi sürətlə inkişafını bərpa etməlisiniz. Yəni metobolizma və dieta ilə də ciddi məşğul olmaq lazım olacaq. Sevinirik ki, bizim körpəyə də faydamız dəydi, onu da əməliyyat edib həyata qaytara bildik”.

Tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi onu da qeyd etdi ki, aparılan bu əməliyyat təmənnasız olaraq icra edilib.

dr-mircelal-kazimi-012-1200x674.jpg

Bakıda şirkətlərin birində mühəndis kimi çalışan 37 yaşlı Arif Rüstəmov 2012-ci ildə böyrək çatışmazlığı ilə üzləşir.

O, BBC News Azərbaycancaya deyir ki, İranda, Türkiyədə, Fransada müalicə alsa da, orqan köçürülməsi qaçılmaz olub. O, əməliyyat üçün Azərbaycanı seçib.

“2016-ci ilin mayında əmim oğlu donor oldu və mənə böyrək köçürüldü, əməliyyat-tibbi analizlərlə birgə 15-16 min manat xərclədik”, – Arif Rüstəmov deyir.

O düşünür ki, xarici ölkələrə nisbətən Azərbaycanda böyrək köçürülməsi daha ucuzdur.

“Məsələn, maraqlandım ki, İranda 20 min, Türkiyədə 30 min dollar civarındadır, Almaniyada 50 min avrodur,”- Arif Rüstəmov danışır.

“Əməliyyatdan sonra orqan bədənə tam uyğunlaşana qədər həkim nəzarəti lazım olur və həmin müddətdə xaricə gedib-gəlmək də əlavə xərc istəyir. Buna görə də Azərbaycanda əməliyyat olunmaq mənə daha sərfəliydi.

“Azərbaycanda orqan nəqli qohum donor vastəsiylə aparılır”
Mərkəzi Neftçilər Xəstəxanasının İnsan Orqan və Toxumalarının Transplantasiyası Mərkəzinin rəhbəri Mircəlal Kazimi BBC News Azərbaycancaya müsahibəsində deyir ki, bu günə qədər orqan köçürülən xəstələrin sayı 600-ü keçib.

Onun sözlərinə görə, orqan köçürülməsi əməliyyatlarında ölüm sayı dünya standartları ilə eyni səviyyədədir.

Mircəlal Kazimi deyir ki, İnsan Orqan və Toxumalarının Transplantasiyası Mərkəzi qohum donordan istifadə edərək orqan köçürülməsi əməliyyatını aparır.

“Azərbaycanda böyrək köçürülmüş xəstələrin sayı daha çoxdur, nəinki qaraciyər. Xəstələrlə donorlar qohumdurlar. Yaxın qohumlardan alınan orqanlar vasitəsiylə bu əməliyyatlar həyata keçirilir”- Mircəlal Kazimi əlavə edir.

Orqan köçürülməsinin statistikası

Rəsmi statistikaya görə, Azərbaycanda son 5 ildə minə yaxın orqan və onun hissələrinin köçürülməsi əməliyyatı həyata keçirilib.

Ümumi orqan köçürülməsi əməliyyatının 70 faizini böyrək transplantasiyası təşkil edir.

İkinci yerdə qaraciyər və onun seqmentlərinin köçürülməsi gəlir.

Son beş ildə aparılan orqan köçürülməsi əməliyyatlarının 10 faizini isə sümük iliyinin nəqli tutur.

Azərbaycanda orqan transplantasiyasında böyrək nəqli əməliyyatı ona görə üstünlük təşkil edir ki, donor tapmaq asandır, uroloq Vasif İsmayıl BBC News Azərbaycancaya deyir. O əlavə edir ki, orqan köçürülən xəstələr ömrü boyu dərman qəbul etməlidirlər, orqandan asılı olaraq, onlar müxtəlif vaxtlarda həkim nəzarətindən keçməlidirlər.

orqan köçürülməsi, orqan transplantasiyası qiymətləri, orqan nəqli neçəyədir, hansı orqanlar neçəyə köçürülür
Azərbaycanda orqan köçürülməsində fərqli qiymətlər
Mərkəzi Neftçilər Xəstəxanasından BBC News Azərbaycancaya verilən məlumata görə, qaraciyər və böyrəyin transplantasiyasının qiyməti 32 manatdır.

Bundan əlavə, əməliyyat qabağı analizlərə də 5 min manata qədər pul lazımdır.

Ümumilikdə, böyrək və ya qaraciyər köçürülməsi pasiyentə təxminən 37 min manata başa gəlir.

İcbari sığorta orqan köçürülməsini nəzərdə tutmur
Azərbaycan İcbari Tibbi Sığorta Agentliyinin saytında yerləşdirilən sənəddə qaraciyər və böyrək köçürülməsi üçün fərqli qiymətlər göstərilib.

Pilot layihə kimi Mingəçevir ,Yevlax və Ağdaşda həyata keçirilən İcbari Tibbi Sığortada orqan köçürülməsi nəzərdə tutulmur, amma prezidentin fərmanı ilə həmin ərazilərdə icbari tibbi sığortanın baza zərfində əhatə olunmayan tibbi xidmətlər siyahısında orqan köçürülməsi üçün tariflər göstərilib.

Sənədə əsasən, qaraciyər transplantasiyası müalicə xərcləri ilə birgə 36 min manatdır.

Bu siyahıya görə, böyrək transplantasiyası isə təxminən 10 min, ürək köçürülməsi isə 18 min manat dəyərləndirilib.

“Orqan nəqli icbari tibbi sığortaya əlavə olunmalıdır”
“Diqqət edirsinizmi, donoru xəstə tapır. Amma əslində İcbari Tibbi Sığorta paketinə daxil olduqda artıq bir sistem qurulur və bu zaman bioloji ölüm keçirmiş, geriyə dönüş perspektivi olmayan gənc və praktiki sağlam adamlardan götürülmüş orqanların nəqli aparılmalıdır”, tibb elmləri doktoru Adil Qeybulla BBC News Azərbaycancaya deyir.

Həkimin fikrincə, sistem olduqda orqan nəqli siyahı üzrə müəyyənləşir.

“Məsələn, Lənkaranda hansısa bir orqanı əldə ediblər, deyirlər ki, buna Şəkidə ehtiyac var. Bu ehtiyac siyahıda görünür və onu dərhal ora xüsusi sistemlə, vertolyotla çatdırırlar”. Adil Qeybulla orqan nəqli siyahısını izah edir.

Onun fikrincə, yalnız belə şəbəkə yaratmaq kifayət etmir, bu sistem qurulandan sonra əhali ilə işləmək, orqan bağışlanması ilə bağlı maarifləndirmə işi aparmaq lazımdır.

“Orqan köçürülməsi ilə bağlı qanuna dəyişiklər gözlənir”
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyir ki, hazırda Azərbaycanda 2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı üzrə insanlara böyrək köçürülməsi həyata keçirilir.

Onun sözlərinə görə, pasiyentlər dövlət hesabına maliyyələşən dializdə növbəyə dururlar. “Donoru özü tapmaq şərtiylə növbədə duranlara dövlət klinikasında böyrək köçürülməsi həyata keçirilir”, Musa Quliyev deyir.

O əlavə edir ki, dövlət proqramı 2020-ci ilə qədər nəzərdə tutulsa da, müddəti ya artırıla, ya forması dəyişdirilə, ya da icrası İcbari Tibbi sığortaya verilə bilər.

Musa Quliyev vurğulayr ki, hazırda Milli Məclisin səhiyyə komitəsi orqan köçürülməsi ilə bağlı qanuna dəyişiklər hazırlayır.

Onun sözlərinə görə, dəyişikliklərlə bağlı diqqəti çəkən məqam orqan köçürmə əməliyyatlarının icbari tibbi sığortanın hesabına həyata keçirilməsi təklifidir.

Milət vəkili deyir ki, “orqan transplantasiyası bahalı əməliyyat sayılır və vətəndaşın bunun öhdəsindən təkbaşına gəlməsi mümkün deyil, ancaq dövlət də bu yükü tam üzərinə götürə bilməz”.

Ona görə də səhiyyə komitəsinin sədr müavini Quliyev düşünür ki, dünya təcrübəsinə uyğun olaraq, orqan transplantasiyası icbari tibbi sığorta hesabına keçirilməlidir.